Rusiya prezidentinin köməkçisi: "Mayın 7-9-da Moskvada keçiriləcək bayram tədbirlərinə 27 dövlət və hökumət başçısı qatılacaq"

Rusiya prezidentinin köməkçisi: "Mayın 7-9-da Moskvada keçiriləcək bayram tədbirlərinə 27 dövlət və hökumət başçısı qatılacaq"
# 06 may 2015 17:17 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Ümumilikdə 27 dövlət və hökumət başçısı olacaq. Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Venesuela və digər ölkələrin prezidentləri bayram tədbirlərində iştirak edəcəklər. Bundan başqa tədbirlərdə bir sıra beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən BMT baş katibi Pan Gi Mun, YUNESKO baş direktoru İrina Bokova iştirak edəcək.

Tədbirdə xarici ölkələrin bir sıra rəsmi şəxsləri, o cümlədən İtaliya və Fransa xarici işlər nazirləri iştirak edəcəklər. Ümumilikdə xarici dövlətlərin 40 nəfərə yaxın nümayəndəsi tədbirlərə qatılacaq", -deyə Rusiya prezidentinin köməkçisi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR