Azərbaycanla Litva nəqliyyat və İKT sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycanla Litva nəqliyyat və İKT sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
# 29 avqust 2014 08:51 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə bu ölkənin nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkeviçüs ilə görüşüb.

Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq imkanları və gələcək perspektivləri, “VİKİNQ” layihəsinə Azərbaycan tərəfinin qoşulması, məsələləri müzakirə edilib.

Səfir Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafına dair məlumat verib.

Nazir ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayaraq, bu ilin 15-16 oktyabr tarixində Bakı şəhərində keçiriləcək “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfransda iştirak edəcəyini bildirib.

Görüşdə nəqliyyat və İKT sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcud olduğu qeyd edilərək, investisiya layihələrində tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR