FHN Xaldan-Mingəçevir yolunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

FHN Xaldan-Mingəçevir yolunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb
# 19 dekabr 2014 20:15 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu, Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib.

Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1964-cü il təvəllüdlü İsmayılov Famil Möhtərəm oğlunun yanmış meyiti aşkar olunub. Yanğınsöndürənlər F.İsmayılovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR