Gürcüstandan Azərbaycana avtomobil ixracı bir ildə 5,8 dəfə azalıb

Gürcüstandan Azərbaycana avtomobil ixracı bir ildə 5,8 dəfə azalıb
# 21 may 2015 10:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 32 804,1 min dollar dəyərində 1 737 ədəd minik avtomobili ixrac olunub.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 330 ədəd avtomobil və ya 5,8 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 2,98 dəfə azalıb.

Qeyd edək ki, bu ilin dörd ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 36,6% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 45,7%-ni təşkil edib.

Bu ilin yanvar-mart ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 13% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayında Gürcüstandan Azərbaycana 89 620,3 min dollar dəyərində məhsul ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR