“Mega Sığorta” aktivlərini artırıb

“Mega Sığorta” aktivlərini artırıb
# 08 aprel 2015 09:15 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Mega Sığorta” ASC ötən il aktivlərini artırıb.

APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “Mega Sığorta”nın məcmu aktivləri 2013-cü il ilə müqayisədə 2,14 dəfə artaraq 8 mln. 522 min 960,93 manat olub.

Hesabat dövründə şirkətin öhdəlikləri 5,76 dəfə artaraq 1 mln. 482 min 156,89 manata çatıb.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 7 mln. manat, məcmu kapitalı isə 89,27% artaraq 7 mln. 40 min 804,04 manat təşkil edib.

2014-cü ildə “Mega Sığorta”nın cəmi gəlirləri 1 mln. 192 min 45,78 manat, cəmi xərcləri 1 mln. 187 min 953,65 manat olub.

Şirkət ötən ili 3 min 273,73 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR