Azərbaycanda aqrar sahədə istehsal 4% azalıb

 Azərbaycanda aqrar sahədə istehsal 4% azalıb
# 14 avqust 2014 14:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin avqust ayının 1-nə kimi aqrar bölmədə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 95,2%-i yaxud 952,2 min hektarı biçilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, biçilən sahələrdən 2 176,3 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul keçən ilə nisbətən 3,8 sentner azalaraq 22,9 sentnerə düşüb.

Bundan əlavə, məhsulu toplanmış 3,7 min hektar qarğıdalı sahəsindən 13,7 min ton məhsul götürülüb.

Yığım başlanandan sahələrdən 466 min ton kartof, 718 min ton tərəvəz, 325 min ton bostan məhsulları, 177 min ton meyvə və giləmeyvə, 3,2 min ton üzüm, 317 ton yaşıl çay yarpağı, 3,6 min ton dən üçün günəbaxan və 1,2 min ton tütün toplanıb.

Bu dövrdə 252 min ton, yaxud 2013-cü ilin yanvar-iyul aylarına nisbətən 1,7% çox diri çəkidə ət, 1 104 min ton (3,5% çox) süd, 889 mln. ədəd (11,3% cox) yumurta, 15 min ton (1,6% çox) yun istehsal olunub.

Beləliklə, keçən illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4.2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR