Rusiyada MİQ-29 qırıcısı qəzaya uğrayıb

Rusiyada MİQ-29 qırıcısı qəzaya uğrayıb
# 04 iyun 2015 15:47 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. Həştərxan yaxınlığındakı Aşuluk rayonunda təlim uçuşu zamanı MİQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi bildirib ki, hər iki pilot katapult edilib, onların həyatı təhlükə altında deyil.

Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən agentliyə deyilib ki, hər iki pilot müxtəlif dərəcəli bədən xəsarəti alıb, onlar yerli xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbləri hələlik məlum deyil. Həmin ərazidə istintaq işlərinin aparılması məqsədilə MİQ-29 təyyarələrinin uçuşu dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR