Baş geoloq: “Bakı Avtovağzalının qarşısındakı istinad divarında aparılan bərkitmə işləri sürüşmə-çökmə prosesinin qarşısını alacaq”

Baş geoloq: “Bakı Avtovağzalının qarşısındakı istinad divarında aparılan bərkitmə işləri sürüşmə-çökmə prosesinin qarşısını alacaq”
# 07 noyabr 2015 17:02 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, ərazidə geoloji-tədqiqat işləri aparılıb: “Ərazidə bərkitmə işləri ilə paralel olaraq yerin daxilindəki süxurların su keçirmə qabiliyyəti, yük götürmə qabiliyyəti yoxlanılır. Bütün bunlar hamısı ona görə aparılır ki, gələcəkdə həmin ərazidə yenidən sürüşmə-çökmə hadisəsi baş verməsin”.

Baş geoloq qeyd edib ki, istinad divarında bərkitmə işləri tamamlandıqdan sonra asfalt yolda bərpa işləri aparılacaq.

Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR