Bakıda beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi keçiriləcək

Bakıda beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi keçiriləcək
# 11 mart 2015 09:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Martın 12-dən 14-dək Bakıda keçiriləcək beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi ilə bağlı mediaya açıqlama verilib.

APA-nın məlumatına görə, “Atılım Fuarçılıq” təşkilatının prezidenti Salim Şahin keçirdiyi mətbuat konfransında bildirib ki, “ElanExpo” təşkilatının əməkdaşlığı ilə təşkil edilən beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisində 12 ölkədən 150 şirkət öz məhsullarını təqdim edəcək: “Sərginin həyata keçirilməsində Azərbaycan tərəfindən bir çox dövlət təşkilatları və müəssisələr, o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Yaşıllaşdırma İdarəsi, Bakı Abadlıq, Botanika Bağı bizə dəstək verir. Sərgidə təmsil olunan şirkətlər gülçülük, landşaft və şəhərsalma sahəsində öz təcrübələrini bölüşəcək, əməkdaşlıq üçün danışıqlar aparacaqlar”.

Tədbirdə qeyd olunub ki, sərgidə Avropanın “Pflanzenhandel Lappen”, “Piante Faro”, “Innocenti& Mangoni”, “Ornamental Valencia” gülçülük, landşaft və şəhərsalma şirkətləri ilə yanaşı, Azərbaycan şirkətləri də öz məhsullarını təqdim edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR