Azərbaycanlı tələbələrin etirazından sonra erməni sənətçinin Zonquldakda planlaşdırılan konserti təxirə salınıb

Azərbaycanlı tələbələrin etirazından sonra erməni sənətçinin Zonquldakda planlaşdırılan konserti təxirə salınıb
# 21 aprel 2015 11:39 (UTC +04:00)

Zonquldakdakı Bülent Ecevit Universitetinin 5-ci kursunda oxuyan azərbaycanlı tələbə Farrux Akqubayev APA-ya bildirib ki, universitetdə keçirilməsi planlaşdırılan konsertin ləğv olunması ilə bağlı rəhbərliyə edilən müraciətə müsbət cavab verilib. Universitet rəhbərliyindən azərbaycanlı və türk tələbələrin müraciətinə cavab olaraq, konsertin qeyri-müəyyən vaxtadək təxirə salındığı bildirilib.

Qeyd edək ki, erməni millətçiliyi ruhunda konsertlər keçirən Armen Anaroniyan qondarma erməni soyqırımının ildönümü ərəfəsində bir sıra ölkələrdə, o cümlədən Türkiyənin müxətlif şəhərlərində konsert proqramları ilə çıxış edir. Aprelin 21-ə Zonquldak şəhərində növbəti konsertin planlaşdırılması orada oxuyan azərbaycanlı tələbələrin kəskin etirazına səbəb olub. Tələbələr universitet və şəhər rəhbərliyinə konsertin ləğv olunması ilə bağlı müraciət ediblər.

Erməni sənətçi 24 aprel - qondarma erməni "soyqırımı" ərəfəsində Türkiyənin digər şəhərlərində də konsertlər verməyi planlaşdırır. A. Aharoniyan ötən həftə Şimali Kipr Türk Cümhuriyyətində verdiyi konsertlərdə uydurma erməni "soyqırımı"na həsr olunmuş mahnılar ifa edib və bu, orada da kəskin etirazla qarşılanıb. O, mahnılarında ermənilərin ərazi və qondarma "soyqırımı" iddialarına dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR