Siyəzən sakinini ilan sancıb

Siyəzən sakinini ilan sancıb
# 28 iyun 2015 17:52 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Siyəzən rayon sakinini ilan sancıb.

APA-nın şimal bürosunun məlumatına görə, hadisə iyunun 28-də axşam saatlarında qeydə alınıb.

Siyəzən rayonu, Gilgilçay kənd sakini, 1971-ci il təvəllüdlü Əliyeva Nüşabə İgidal qızını ilan ayağında sancıb. O, dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

İlkin tibbi yardımdan sonra isə Bakıya göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR