İngiltərə futbol klubunun aşpazı narkotik alverinə görə 4 il həbs cəzasına məhkum edilib

İngiltərə futbol klubunun aşpazı narkotik alverinə görə 4 il həbs cəzasına məhkum edilib
# 29 aprel 2015 01:30 (UTC +04:00)

Bakı-APA. İngiltərənin “Aston Villa” futbol klubunun aşpazı Antoniu Ventura narkotik vasitələrinin satışına görə 4 il həbs cəzasına məhkum edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Daily Mail məlumat yayıb.

Məlumata görə, onun mənzilində 10 min funt sterlinq dəyərində 150 qram heroin aşkarlanıb.

Məlumata görə, Birmingem klubunun aşpazı 20 il heroin istifadəçisi olub və narkotikdən asılılıq səbəbindən yaranmış külli miqdarda borcuna görə narkotik vasitələrinin satışı ilə məşğul olmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Ventura klubda 9 il aşpaz kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR