Obama: İran nüvə proqramını 10 il müddətinə dondurmalıdır

Obama: İran nüvə proqramını 10 il müddətinə dondurmalıdır
# 03 mart 2015 02:15 (UTC +04:00)

APA-nın məlumatına görə, "Reuters" agentliyinə müsahibəsində ABŞ prezidenti Barak Obama bildirib ki, məhz bu halda yekun razılaşma əldə oluna bilər.

Obama həmçinin Konqresi İrana qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı təkliflərdən imtina etməyə çağırıb. “Bu bütün diplomatik nailiyyətləri poza bilər”, deyə ABŞ lideri bildirib.

Obama etiraf edib ki, onun adıçəkilən məsələyə dair mövqeyi İsrail baş naziri Benyamin Netanyahunun fikirləri ilə üst-üstə düşmür. Məlum olduğu kimi, B. Netanyahu rəsmi Vaşinqtonla Tehran arasında hər hansı razılaşmanın qəti əleyhdarıdır.

İsrailin baş naziri martın 3-də ABŞ Konqresinin nümayəndələr palatası və Senat üzvləri qarşısında çıxış edəcək. Xatırladaq ki, B. Netanyahunu Konqresə nümayəndələr palatasının spikeri Con Beyner dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR