Niderlandın “Patriot” raket komplekslərinin Türkiyədə qalma müddətini artırmaq niyyəti yoxdur

Niderlandın “Patriot” raket komplekslərinin Türkiyədə qalma müddətini artırmaq niyyəti yoxdur
# 25 avqust 2014 22:02 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Hollandiyanın Müdafiə Nazirliyi məlumat yayıb. “Hazırkı razılaşmanın müddəti 2015-ci ilin yanvarın sonunda başa çatdıqdan sonra komplekslər Niderlanda qaytarılacaq. Baş Qərargah rəisi Tom Middendorp bu qərar barədə artıq NATO rəhbərliyini məlumatlandırıb”, deyə qurumun açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ, Almaniya və Hollandiyanın “Patriot” raket-zenit kompleksləri Türkiyədə 2013-cü ilin yanvarında gətirilib. Bu sistemlərin Türkiyə ərazisində yerləşdirilməsində məqsəd Suriya tərəfindən mümkün hücumların qarşısını almaqdır.

Hollandiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, sistemlər fasiləsiz rejimdə işlənilir və bu səbəbdən onların əsaslı təmirə ehtiyacı var. Təmirin yerində aparılmasının mümkünsüz olduğu bildirilir.

Nazirlik qeyd edib ki, Niderland NATO-nun Türkiyənin digər aspektlərdə mühafizəsinin təmin olunmasında səylərini dəstəkləməkdə davam etdirir. “Suriya ərazisindən təhlükə hələ də sovuşmayıb”, deyə məlumatda bildirilir və NATO-nun qalan vaxt ərzində Hollandiyanın bu komplekslərinə əvəz tapacağına ümidvarlıq ifadə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR