Vergilər Nazirliyi 31 mərtəbəli inzibati binasının tikintisi ilə bağlı açıq tender elan edib

Vergilər Nazirliyi 31 mərtəbəli inzibati binasının tikintisi ilə bağlı açıq tender elan edib
# 12 mart 2015 13:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi nazirliyin Bakı şəhəri, Heydər Əliyev prospekti 105 ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində 31 mərtəbəli inzibati binasının tikintisi üzrə görüləcək işlərin yerinə yetirilməsinin satın alınması üçün açıq tender elan edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə,tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə, yazılı surətdə AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanına təqdim etməlidirlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Məlumata görə, tender təklifi zərfləri aprelin 30-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Qeyd edək ki, tenderdə iştirak etmək üçün iddiaçı aşağıda göstərilən sənədləri təqdim etməlidir:

Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

Tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən sənədin surəti;

Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

Tender təklifinin 1 %-i həcmində təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

İştirakçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatının surəti;

İştirakçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

İştirakçının ixtisas göstəricilərinə dair sənədlər;

İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

İştirakçının qeydiyyat sənədlərinin, hüquqi və faktiki fəaliyyət yerini müəyyən edən sənədlərinin surəti;

İştirakçının bank rekvizitləri barədə məlumat;

İştirakçının rəhbərinin kimliyini və vəzifəyə təyin olunmasını təsdiq edən sənədlərinin surəti;

Yekun müqavilənin yerinə yetirilməsinə əsas rəhbərlik edəcək və texniki işləri yerinə yetirəcək işçilərin ixtisası və təcrübələri barədə məlumat;

İştirakçının işin icrasına və ya qarşılıqlı öhdəliklərin yerinə yetirmədiyinə görə hal-hazırda məhkəmə araşdırmalarının aparılıb aparılmaması barədə məlumat.

Bu sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olunmaqla) tender proseduru başlanmasından 7 (yeddi) bank günü əvvəl təqdim olunmalıdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunmuş sənədlərə onların Azərbaycan dilində tərcümə edilmiş surətləri əlavə edilməlidir).

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı 1 200 (min iki yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürərək ödəniş sənədinin surətini təqdim etməlidir:

AR Vergilər Nazirliyi

Hesab №–: AZ65CTRE00000000000002118401

VÖEN: 1300204521

Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/h:AZ41NABZ01360100000000003944

S.W.İ.F.T BİK:CTREAZ22

Büdcə təsnifatının kodu: 142340

Büdcə səviyyəsinin kodu: 7

Qeyd edək ki, iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.

Tender təklifi və tender təklifinin təminatı 29 aprel, saat 18:00-a qədər AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lev Landau küçəsi, 16 ünvanında yerləşən Vergilər Nazirliyinə təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR