Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 Mart - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 Mart - <span style="color: red;">VİDEO
# 16 mart 2015 17:09 (UTC +04:00)

Bakı-APA. Dünyanın təhlükəsizlik mexanizminin şəxslərə bağlı olması qlobal siyasi sistemin çatışmayan cəhətidir. Təbii ki, dövlətlər kimi liderlər də beynəlxalq siyasi münasibətlərin tərəfləri və istiqamətverici qüvvələridir. Lakin lider həm də fərddir, xarakterdir, dünyada sabitliyin həm də fərdlərin xarakterindən asılılığı bir gerçəklik və dezavantajdır. Səudiyyə kralının ölümü buna bariz nümunədir. İraqda küçə döyüşlərində təsadüfi güllədən ölən mülki şəxsdən fərqli olaraq Səudiyyə kralının ölümü Asiya qitəsində nüvə müharibəsi ehtimalını artıran bir ölümdür. Bu baxımdan Rusiya prezidentinin 11 gün ortalıqda görünməməsinə beynəlxalq ictimai diqqətin bu dərəcədə böyük olması təsadüf sayılmamalıdır. Söhbət təkcə hansısa dövlətin başçısından deyil, həm də dünyada qütbləşmə prosesinin tərəfi olan dövlətin rəhbərindən gedir. Putin vaqiəsində nəzərə çarpan pozitiv məqam dünya mediasının prosesi səbirlə izləməsi oldu. Beynəlxalq aləmdə ictimai rəy formalaşdırmaq gücünə qabil aparıcı media beşinci-altıncı dərəcəli kütləvi informasiya vasitələrindən fərqli olaraq prosesə susaraq peşəkarcasına reaksiya verdi. Elə neft bazarı kimi. Bu bazar Rusiya dövlət başçısının taleyi ilə bağlı dırnaqarası şok xəbərlər ciddi reaksiya vermədi, elə yazılanların şayiədən başqa bir şey olmadığının ən böyük isbatı da bu idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR