Bakı və Sumqayıtda 6 və 7-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirilib

Bakı və Sumqayıtda 6 və 7-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirilib
# 09 aprel 2015 13:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 9-da Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərinin 6 və 7-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili fənnindən həyata keçirilib. 6-cı siniflər üçün imtahan saat 10:00-da, 7-ci siniflər üçün isə saat 13:00-da başlanıb və hər bir imtahan 1 saat 30 dəqiqə ərzində aparılıb.


İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, mütamadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR