Dünya fond birjalarında əksər səhmlər bahalaşıb

Dünya fond birjalarında əksər səhmlər bahalaşıb
# 05 may 2015 05:48 (UTC +04:00)

Bakı - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,26% - 18 070,40 bəndədək, S&P 500 0,29% - 2 114,49 bəndədək, NASDAQ 0,23% - 5 016,93 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,36% - 6 985,95 bəndədək, Fransa CAC-40-ı 0,70% - 5 081,97 bəndədək, Almaniya DAX-ı 1,44% - 11 619,85 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,06% - 19 531,63 bəndədək, Hang Seng 0,09% - 28 147,75 bəndədək artıb, Shanghai 1,37% - 4 419,24 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti dəyişməyərək 1 186,80 dollara. Bununla yanaşı, gümüşün də qiyməti dəyişməyərək 16,44 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR