Neftçalada MHŞT üzrə ictimai məlumatlandırılma tədbiri keçirilib

Neftçalada MHŞT üzrə ictimai məlumatlandırılma tədbiri keçirilib
# 17 aprel 2015 12:33 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Neftçalada Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞAK) Dünya Bankının və MHŞT üzrə katibliyin təşkilatı və texniki dəstəyi ilə "Ölkə vətəndaşlarının MHŞT üzrə ictimai məlumatlandırılmanın artırılması” istiqamətində növbəti tədbirini keçirib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, tədbirdə moderator qismində MSŞAK-nın koordinatoru Əliməmməd Nuriyev, koalisiyanın şura üzvləri Mehriban Vəzir və Taleh Əliyev məruzəçi qismində, MHŞT katibliyinin mütəxəssisi Abbas Abbasov və Dünya Bankının Bakı ofisinin nümayəndəsi iştirak edib.

Yerli mədən təşkilatlarının, QHT-lərin və digər ictimayyət nümayəndələrinin iştirak etdiyi tədbirdə, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmanın prinsipləri, tarixi və əhəmiyyəti barədə danışılıb. Ekspertlər təqdimat zamanı neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsi, şəffaflığın yoxsulluğun azaldılması istiqamətində əhəmiyyətli sosial texnologiya olmasını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Eyni zamanda tədbir iştirakçıları MHŞT, Neft fondunun ehtiyatları və Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası haqqında geniş məlumatlandırılıb.

Ekspertlər tədbir iştirakçılarının suallarını cavablandırdıqdan sonra, onlara müxtəlif buklet və kitabçalar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR