OPEC: Azərbaycan gündəlik neft hasilatını 40 min barrel azalda bilər

OPEC: Azərbaycan gündəlik neft hasilatını 40 min barrel azalda bilər
# 17 mart 2015 10:51 (UTC +04:00)

Bakı - APA-Economics. Neft İxracatçısı olan Ölkələr Təşkilatının (OPEC) ekspertlərinin proqnozlarına görə, Azərbaycan cari il ərzində neft hasilatını azaldacaq.

APA-Economics”in RBK-yə istinadən verdiyi xəbərə görə, Azərbaycan bu il gündəlik neft hasilatını 40 min barrel azaldacaq.

OPEC-in ekspertləri hesab edir ki, Rusiya bu il gündəlik neft hasilatını 60 min barrel azaldacaq. Orta hesabla şimal qonşumuz gündəlik 10,51 mln. barrel neft hasil edəcək.

Bununla yanaşı, Qazaxıstanın gündəlik neft hasilatını 20 min barrel, Türkmənistanın isə 10 min barrel azaldacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR