Bu ilin 9 ayı ərzində Azərbaycanda inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 1,5% təşkil edib

Bu ilin 9 ayı ərzində Azərbaycanda inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 1,5% təşkil edib
# 14 oktyabr 2014 08:16 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin 9 ayı ərzində Azərbaycanda inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 1,5% təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Maliyyə Nazirliyinin saytında Azərbaycanın 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihəsində əks olunub.

Sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6%, xidmət tarifləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri avqust ayının səviyyəsində qalıb.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, 2014-cü ilin sonuna dünya ölkələri arasında ən aşağı inflyasiya Azərbaycanda gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR