AMEA-nın bəzi institutlarının adları dəyişdirilib

AMEA-nın bəzi institutlarının adları dəyişdirilib
# 04 iyul 2014 15:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının adları dəyişdirilib.

Dəyişikliyə əsasən Ə.Hüseynov adına Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Akad. M.Nağıyev adına Kimya Problemləri İnstitutu Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Mərdəkan Dendrarisi Dendrologiya İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu isə Fəlsəfə və Hüquq İnstitutu adlandırılıb.

Qeyd edək ki, AMEA bu institutların adlarının dəyişdirilməsi ilə bağlı təkliflə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR