Azərbaycan yığması Avropa çempionatında 3 medal qazanıb

Azərbaycan yığması Avropa çempionatında 3 medal qazanıb
# 17 noyabr 2014 07:11 (UTC +04:00)

Bakı – APA. Polşada keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 23 yaşadək idmançılar arasında keçirilən yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

Belə ki, Vrotslav şəhərində təşkil olunan yarışa 8 cüdoçu ilə yollanan millimiz 3 medala sahib olub. Komandamızın heyətində Uşanqi Kokauri (+100 kq) ikinci, Mehman Sadıqov (60 kq) və Hüseyn Rəhimli (73 kq) 3-cü yeri tutublar.

Yığmamız komanda hesabında 37 ölkə arasında 10-cu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR