Azərbaycana martda daxil olan beynəlxalq internet trafikin həcmi açıqlanıb

Azərbaycana martda daxil olan beynəlxalq internet trafikin həcmi açıqlanıb
# 03 aprel 2015 08:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, martda ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3% artaraq 155 Gbp/s-dən çox olub.

Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 29% artıb.


Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 12,5% artaraq 40 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 50% artıb/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR