APA-nın xəbərinə görə, Avropa Parlamentində keçirilən səsvermədə 729 parlamentardan 422-si J. K. Yunkerin lehinə səs verib. 250 nəfər əleyhinə olub, 47 nəfər bitərəf qalıb, 10 bülleten etibarsız sayılıb.
J. K. Yunker Avropa Birliyi Şurası tərəfindən iyunun 27-də Avropa Komissiyasının sədri vəzifəsinə namizəd göstərilib. Hazırda komissiyaya Joze Manuel Barrozo rəhbərlik edir.