Şəkidə 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Şəkidə 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
# 03 iyun 2015 07:28 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, iyunun 2-si axşam saatlarında rayonun Qumux kənd sakini, 1954-cü il təvəllüdlü Əbülfəz Əhməd oğlu İsgəndərovun meyiti Qumux kəndinin inzibati ərazisinə yaxın, dağlıq meşə ərazisində aşkar edilib. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, 61 yaşlı Əbülfəz İsgəndərov əraziyə odun yığmaq üçün gedib.

Əbülfəz İsgəndərovun yıxılaraq aldığı xəsarətlərdən öldüyü bildirilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR