Bakıda mənzildə meyiti tapılan iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb

Bakıda mənzildə meyiti tapılan iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb
# 27 aprel 2015 09:46 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda iki nəfərin meyitinin tapılması faktı ilə bağlı cinayət işi açılıb.

Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın APA-ya verdiyi məlumata görə, aprelin 24-də Pirşağı qəsəbəsində meyitləri aşkar edilən 1975-ci il təvəllüdlü Rəna Vaqif qızı Əsgərovanın və Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Razim Rahid oğlu Telmanzadənin intihar etdiyi məlum olub.

Həmin faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR