Mövlud Çavuşoğlu: “Cənubi Qafqazdakı problemlərin mərkəzində Ermənistan dayanır"

Mövlud Çavuşoğlu: “Cənubi Qafqazdakı problemlərin mərkəzində Ermənistan dayanır"
# 13 mart 2015 12:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Cənubi Qafqazdakı problemlərin hamısının mərkəzində Ermənistan var”. APA-nın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə xarici siyasətdə baş verən son hadisələrlə bağlı müsahibəsində deyib. O bildirib ki, Ermənistanın uydurma "soyqırım"ın tanıdılması üçün hökumətlərə və parlamentlərə təsir etmək istiqamətində səyləri artıb: “Biz dostluq qurmaq üçün əlimizi uzadırıq, ancaq çirkin şəkildə geri qaytarırlar. Bütün qonşuları ilə problemləri olan ölkə güzgüyə baxmalıdır”.

Nazir Türkiyədə bütün qeyri-müsəlman millətlərin, o cümlədən ermənilərin vaxtilə dövlət tərəfindən müsadirə olunmuş mülklərinin geri qaytarıldığını, kilsələrin təmir edildiyini söyləyib. Onun sözlərinə görə, Ermənistan populist yanaşma sərgiləməkdə davam edir: “Türkiyə Ermənistanın cəhdləri qarşılığında siyasi, mədəni və diplomatik sahələrdə tədbirlər görüb. Biz 24 aprel tarixində Çanaqqala müharibəsinin anma mərasimində bütün dünyaya dostluq və sülh mesajı verəcəyik”.

M. Çavuşoğlu ABŞ prezidentinin 24 aprel tarixində əvvəlki çıxışlarına bənzər çıxış edəcəyini düşündüyünü, əvvəlkilərdən fərqli açıqlama verərsə, bunun əlaqələrə mənfi təsir edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR