Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinə yeni rəis təyin olunub

Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinə yeni rəis təyin olunub
# 18 noyabr 2015 13:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyinat olub. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mehman Şükürov Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Şöbədən qeyd ediblər ki, M.Şükürov Azərbaycan Dövlət İncəsənət Universitetini bitirdikdən sonra Sumqayıt şəhərində mədəniyyət müəssisələrində bir sıra vəzifələrdə çalışıb. 1997-2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru işləyib. Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

Qeyd edək ki, Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinin keçmiş rəisi Namiq Qafarov bir neçə gün öncə öz xahişi əsasında tutduğu vəzifədən azad edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR