“Barselona”nın əfsanəsi: Kasilyas bu cür soyuq münasibətə layiq deyildi

“Barselona”nın əfsanəsi: Kasilyas bu cür soyuq münasibətə layiq deyildi
# 18 iyul 2015 09:33 (UTC +04:00)

Bakı-APA. “Barselona”nın əfsanəvi kapitanı Xavi Ernandes “Real”ın sabiq qapıçısı İker Kasilyasın ayrılmasına münasibət bildirib. Apasport.az saytı xəbər verir ki, hazırda “Əl-Sədd” klubunda çıxış edən Xavi “Real” rəhbərliyini tənqid edib.


Onun fikrincə, Madrid klubu qolkiperi daha yaxşı şəkildə yola salmalı idi: “Kasilyasın “Real”dan belə gedişi mənə pis təsir etdi. O, bu cür soyuq münasibətə layiq deyildi. İker daha yaxşısına layiq idi. Klubunun bu cür addımı onun əhvalını korladı. Açığı, mən də onun qədər məyus oldum. Bu cür vida məni qəzəbləndirdi. Ötən il mən də bu cür ayrıla bilərdim. Amma “Barselona” məni ən yaxşı şəkildə yola saldı. Ancaq “Real” əfsanəvi futbolçusuna qarşı bu cür davranmadı”.

Qeyd edək ki, İker Kasilyas bu yay “Real”dan “Porto”ya keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR