Arseniy Yatsenyuk Ukraynanın baş naziri vəzifəsindən istefa verib - YENİLƏNİB

Arseniy Yatsenyuk Ukraynanın baş naziri vəzifəsindən istefa verib - <span style="color: red;">YENİLƏNİB
# 24 iyul 2014 17:03 (UTC +04:00)

Bu barədə APA "RBK-Ukrayna"ya istinadın xəbərə verib.

“Koalisiyanın dağılması və hökumət təşəbbüslərinin bloklanması səbəbindən mən istefa verməyi qərara aldım”, deyə Yatsenyuk bildirib.

Qeyd edək ki, Yatsenyuk bu addımı “Azadlıq” və “UDAR” partiyalarının parlament fraksiyalarının Ali Radanın buraxılması məqsədilə “Avropa Seçimi” koalisiyasından çıxmaq qərarından sonra atıb.

Onun sözlərinə görə, ordunun, milisin və müəllimlərin sosial durumunun yaxşılaşdırılmasına yönəlmiş qanun layihələrinin parlament tərəfindən dəstəklənməməsi yolverilməzdir. Yatsenyuk, həmçinin, Ukrayna qaz paylaşdırıcı sisteminin operatorunun səhmlərinin 49 faizinin ABŞ və AB sərmayəçilərinə verilməsini nəzərdə tutan qanun layihəsinin də əleyhinə sərt çıxış edib.

“Koalisiyanın dağılmasının fəsadları ondan ibarətdir ki, büdcənin gəlir hissəsini təmin edə biləcək qanunlar ləğv olunub”, deyə o qeyd edib.

Qeyd edək ki, “Batkivşina”, “UDAR”, “Azadlıq” partiyalarının fraksiyaları, “İqtisadi İnkişaf” və “Suveren Avropa Ukraynası” deputat qruplarının daxil olduğu “Avropa Seçimi” koalisiyası bu ilin fevralın 27-də yaradılmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR