Silahlı Qüvvələrə Yardım Fondunun adının dəyişdirilməsi təklif olunub

Silahlı Qüvvələrə Yardım Fondunun adının dəyişdirilməsi təklif olunub
# 18 noyabr 2014 14:33 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisdə Silahlı Qüvvələrə Yardım Fondunun adının dəyişdirilməsi təklif olunub. APA-nın məlumatına görə, fondun adının dəyişdirilərək Qarabağa Yardım Fondu adlandırılması barədə təklif parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı səsləndirilib.

Təklifi irəli sürən Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib ki, bununla fonda insanların diqqəti daha çox cəlb olunacaq. Fondda hazırda 53 milyon manatın toplandığını nəzərə çatdıran deputat deyib ki, bu, vətəndaşların ordunun formalaşmasında təsir mexanizmi əldə etməsi deməkdir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR