FHN: “Şahdağ” Milli Qoruğu və Oğuz Milli Parkının ərazisində yanğın davam edir

FHN: “Şahdağ” Milli Qoruğu və Oğuz Milli Parkının ərazisində yanğın davam edir
# 04 avqust 2014 07:15 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Qəbələ rayonu, Tikanlı kəndində (rayon mərkəzindən 8 km aralı) “Şahdağ” Milli Qoruğunun ərazisində 3 ha sahədə xəzəl, kol-kos və qurumuş ağaclar yanır. Yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü nəzərə alaraq. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin 10 əməkdaşı, milli qoruğun 10 nəfər əməkdaşı və 8 kənd sakini iştirak edir. Qoruq ərazisində olan meşə zolağı yanğından mühafizə olunur. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Nazirliyin saytında yerləşdirilən digər məlumatda bildirilir ki, Oğuz rayonu, Xaçmaz kəndində Oğuz Milli Parkının dağlıq ərazisində 1 ha sahədə qurumuş ağaclar və kol-kos yanır. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 əməkdaşı, 25 nəfər meşə təsərrüfatı işçisi və 10 kənd sakini iştirak edir.

Yanğın texnikasının həmin əraziyə cəlb olunması qeyri-mümkün olduğundan yanğın əllə söndürülür. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR