Yəməndə beş günlük atəşkəs barədə razılıq əldə olunub

Yəməndə beş günlük atəşkəs barədə razılıq əldə olunub
# 03 iyul 2015 02:55 (UTC +04:00)

Bakı-APA. Yəməndə münaqişə tərəfləri beş günlük atəşkəs barədə razılığa gəliblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov bildirib.

“BMT Təhlükəsizlik Şurasının üzvləri Yəmən hökumətini hərbi əməliyyatlara son qoyaraq siyasi prosesi bərpa etməyə çağırıblar”, deyə V.Safronkov bildirib.

Bundan əvvəl ölkə əhalisinə humanitar yardımın çatdırılmasını nəzərdə tutan beş günlük “humanitar fasilə” mayın ortalarında elan edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR