“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yeni müəssisələrin 57,3%-i Bakıda, 8,8%-i Aran, 8,2%-i Abşeron, 7,7%-i Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Azərbaycan Vergilər Nazirliyinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında 55 664 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.