Ötən ay Azərbaycanda 54 nəfər qidadan zəhərlənib

Ötən ay Azərbaycanda 54 nəfər qidadan zəhərlənib
# 12 dekabr 2014 11:08 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, ümumilikdə 54 nəfər zərər çəkib, ölən olmayıb.

Ötən ay 6 botulizm hadisəsi qeydə alınıb, nəticədə 10 nəfər zərər çəkib. Botulizm hadisələrinin hamısı məişətdə baş verib.

Bu ilin 11 ayı ərzində isə Azərbaycanda əhali arasında 1114 qida zəhərlənməsi hadisəsi baş verib. Nəticədə 1242 nəfər zərər çəkərək qidadan zəhərlənib. Ötən 11 ay ərzində 21 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 37 nəfər zərər çəkib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib. Botulizm hadisələrinin hər biri ev şəraitində hazırlanan turşulardan olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR