Beynəlxalq Qadınlar günündə Azərbaycan ərazisində müşahidə olunacaq hava şəraiti açıqlanıb

Beynəlxalq Qadınlar günündə Azərbaycan ərazisində müşahidə olunacaq hava şəraiti açıqlanıb
# 05 mart 2015 09:48 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, martın 8-də ölkə ərazisində hava şəraitinin küləkli keçəcəyi gözlənilir.

Əsasən şimal küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gündüz saatlarında 8-12 dərəcə isti, gecə 3-5 dərəcə isti olacaq.

Qeyd olunub ki, 8 martda müşahidə olunacaq hava şəraiti ilə bağlı dəqiq proqnoz yaxın günlərdə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR