Sumqayıtda yaşayış binasında yanğın olub, 20 sakin təxliyə olunub

Sumqayıtda  yaşayış binasında yanğın olub, 20 sakin təxliyə olunub
# 03 sentyabr 2015 22:25 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR