Ziya Bünyadov prospektində aparılan yenidənqurma işləri bu ay başa çata bilər

Ziya Bünyadov prospektində aparılan yenidənqurma işləri bu ay başa çata bilər
# 08 oktyabr 2014 13:26 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə daxil olan məlumata görə, prospektin yenidən qurulmasında məqsəd 20 Yanvar dairəsi, eləcə də Qələbə kinoteatrının qarşısındakı dairə ilə Böyük Şor yol qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz hərəkətini təmin etməkdir.

Məlumata görə, yol boyu nəzərdə tutulan qovşaqlarda biri istismara verilib, digər 3 qovşaqda işlər başa çatdırılıb.

“Demək olar ki, bəzi köməkçi hissələr istisna olmaqla, 3 qat asfalt-beton örtüyünün döşənməsi sona çatmaq üzrədir. İşıqlandırma sisteminin böyük hissəsi quraşdırılıb, drenaj sistemində isə işlərin 95%-i yerinə yetirilib. Hazırda sonuncu aşınma qatının vurulmasına hazırlıq işləri gedir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hava şəraiti normal keçərsə, sonuncu qatın döşənməsi oktyabr ayının sonuna qədər yekunlaşacaq. Hazırda 20 Yanvar dairəsi, eləcə də Qələbə kinoteatrının qarşısındakı dairədən Böyük Şor qovşağına qədər nəqliyyatın normal hərəkəti təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR