Tovuz rayon sakinin elektrik cərəyanı vurub

Tovuz rayon sakinin elektrik cərəyanı vurub
# 01 sentyabr 2015 17:55 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə bu gün saat 16 radələrində rayonun Vahidli kəndində qeydə alınıb. Tovuz şəhər sakini 22 yaşlı Əmrah Abdullayev balıq tutmaq üçün Vahidli kəndində gedib. O suya elektrik buraxmaqla balıq tutmaq istəsə də ehtiyatsızlıqdan özü elektrik naqilinə toxunub və hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR