Əfqanıstanda taliblərin hücumu nəticəsində 25 nəfər ölüb

Əfqanıstanda taliblərin hücumu nəticəsində 25 nəfər ölüb
# 25 may 2015 22:09 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın cənubunda, Gilmənd əyalətində “Taliban” silahlılarının hücumu nəticəsində 19 polis əməkdaşı və 7 hərbçi öldürülüb.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, taliblər güc strukturlarına məxsus yaşayış kompleksini mühasirəyə alıblar.

Silahlılar hərbi nəqliyyat vasitələri və xeyli silah-sursat ələ keçiriblər. Əyalətin bir sıra yolları taliblərin nəzarəti altındadır . Son məlumatlara əsasən, toqquşmalar davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR