Ağdaş Seçki Dairəsinin ərazisində sorğu keçirilib

Ağdaş Seçki Dairəsinin ərazisində sorğu keçirilib
# 07 iyun 2016 16:41 (UTC +04:00)

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) 90 saylı Ağdaş Seçki Dairəsinin ərazisində namizədlərin reytinqini müəyyənləşdirmək məqsədilə sorğu keçirib.

Bu barədə İqbal Ağazadənin seçki qərargahından məlumat verilib.


ADİİM-dən bildirilib ki, sorğuda yalnız seçici hüququ olan vətəndaşlar iştirak edib. Təşkilatın əməkdaşları seçicilərlə şifahi sorğu keçiriblər, onlara verilən anketlərdə isə qeydlər aparılıb.

90 saylı Ağdaş Seçki Dairəsində respondentlərin 75 faizi təkrar seçkilərdə Ümid Partiyasının sədri İqbal Ağazadəyə səs verəcəklərini bildiriblər: “Sorğu 2 gün ərzində 120 seçici arasında aparılıb. Nəticələrə görə, sonrakı yerlərdə YAP-ın namizədi Cavid Osmanov (15 faiz), Əli Haqverdiyev (3 faiz) və digərləridir. İqbal Ağazadənin daha çox səs qazanmasına səbəb deputat olduğu zamanlarda vətəndaşların hüquqlarının qorunması ilə bağlı Milli Məclisdə cəsarətli çıxışları, seçicilərinin problemlərinin həllində onlara yaxından dəstək göstərməsidir".

Xatırladaq ki, 90 saylı Ağdaş Seçki Dairəsində 7 namizəd Milli Məclisə keçiriləcək təkrar seçkilərdə öz güclərini sınayacaqlar. Seçki 18 iyunda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) 2015-ci ildə keçirilən parlament seçkilərində bir çox seçki dairələrində namizədlərin reytinqlərini müəyyənləşdirmək məqsədilə bu tip sorğular keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR