Ukraynanın paytaxtı Kiyevdə avtomobil partlayıb.
APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, insident şəhərin mərkəzində, M.Draqomanov küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.
Hadisə yerinə polis, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb edilib.
İnsidentin səbəbləri araşdırılır.