Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə  bir qrup şəxsə fəxri adlar, orden və medallar təqdim edilib

Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə  bir qrup şəxsə fəxri adlar, orden və medallar təqdim edilib
# 03 iyun 2016 18:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin 2 iyun 2016-cı il tarixli sərənсamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin fəxri adlar, orden və medallarla təltif olunması ilə bağlı mərasim keçirilib.

APA-nın məlumatına görə, ilk olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Aygün Attar, Elman Bayramov, Mirvari Fətəliyeva, İsgəndər Xəlilov, Qod Nisanov, Samirə Patzer-İsmailova və Teymur Rzayevə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni təqdim edib.

Əmrullah Məmmədov “Əməkdar elm xadimi”, Mətanət Bağıyev, APA İnformasiya Agentliyinin əməkdaşı Nizami Məmmədov “Əməkdar jurnalist”, Yaşar Zeynalov və Asim Səmədov “Əməkdar rəssam”, Elnarə İsmayılova və İslam Manafov “Əməkdar artist” fəxri adları ilə təltif ediliblər. Bir qrup şəxsə isə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim edilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Murad İbrahimov və Rəvan İsmayılov ifasında “Qarabağ şikəstəsi” səslənib, “Cəngi” qrupu səhnədə yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR