ABŞ-da mikroavtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb

ABŞ-da mikroavtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb
# 19 iyun 2016 02:59 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Virciniya ştatında mikroavtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, salonunda 16 nəfərin olduğu mikroavtobus idarəetməni itirərək avtomobillə toqquşub və aşıb.

Avtomobilin bir neçə dəfə çevrildiyi bildirilir. Arasında bir qadın və bir uşağın olduğu 6 sərnişin hadisə yerində ölüb. Daha 9 sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Sürücü qəza zamanı xəsarət almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR