Zərdabda qonşusunun evindən oğurluq edən şəxs tutulub - VİDEO

Zərdabda qonşusunun evindən oğurluq edən şəxs tutulub - <span style="color: red;">VİDEO
# 21 aprel 2015 11:54 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdab rayonunda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Seyidlər kəndində baş verib. Kənd sakini 1974-cü il təvəllüdlü Rza Bayramov evindən pul və qızıl-zinət əşyaları oğurlanması barədə rayon Polis Şöbəsinə məlumat verib.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış-tədbirləri nəticəsində R. Bayramovun qonşusu 1990-cı il təvəllüdlü İntiqam Məmmədov saxlanılıb. İlkin dindirmə zamanı İ. Məmmədov oğurluq etdiyini etiraf edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR