Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının işçi qruplarının iclasları keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının işçi qruplarının iclasları keçirilib
# 14 mart 2015 01:28 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsi Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov da iştirak edib.

M.Vahabov bildirib ki, martın 4-də nəqliyyat mütəxəssislərinin iştirakı ilə Ticarət və İqtisadi İnkişaf və Gömrük Məsələləri üzrə işçi qruplarının birgə iclası, martın 5-də isə Gömrük Məsələləri üzrə işçi qrupunun iclası keçirilib. İlk iclasın gündəliyi təsdiq olunarkən nəzərdə tutulan “QDİƏT üzv dövlətlərinin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabətliliyini və səmərəliliyini artırmaq” 4-cü bəndinin müzakirəsi zamanı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi səbəbindən Ermənistanla hər hansı əməkdaşlığın istisna edildiyi, eyni zamanda, gündəliyin 5-ci bəndi - QDİƏT Ticarət və İqtisadi İnkişaf və Gömrük Məsələləri, Nəqliyyat üzrə işçi qruplarının birgə iclasının keçirilməsi ilə bağlı təklifin müzakirəsi zamanı isə ölkəmizin Ümumdünya Ticarət Təşkilatının üzvü olmadığının nəzərə alınması barədə Azərbaycan tərəfinin təklifləri iclasın Katibliyinə və iştirakçıların diqqətinə çatdırılıb.

Martın 5-də isə gömrük işi üzrə gündəlikdəki məsələlər nəzərdən keçirilib. Rusiya nümayəndə heyəti tərəfindən 2014-cü il, noyabrın 26-da Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Gömrük İdarələri Rəhbərlərinin iclasında qəbul olunan Bakı Bəyannaməsi və 25 noyabr 2014-cü il tarixində ekspertlərin iclasında qəbul edilən hesabatın müzakirəsinin gündəliyə salınması təklif olunub. Bakıda keçirilən QDİƏT-in iclasında qəbul olunmuş Bakı Bəyannaməsinin ekspertlərin müzakirəsinə təqdim edilməsinin düzgün hesab olunmadığı və ekspertlərin 25 noyabr 2014-cü il tarixli hesabatının 17-ci maddəsinin müzakirəsinin yalnız tövsiyə xarakteri daşıya biləcəyi Azərbaycan nümayəndə heyəti tərəfindən QDİƏT-in Katibliyi və iclas iştirakçılarının diqqətinə çatdırılıb. Bu baxımdan adı çəkilən məsələ - Bakı Bəyannaməsinin müzakirəsi gündəlikdən çıxarılıb.

Öz növbəsində, QDİƏT-in hüquq üzrə meneceri izah edib ki, qanunvericiliyə əsasən Avropa İttifaqının nümayəndələri müşahidəçi qismində iclasda iştirak edə bilər, lakin qərarlar verə bilməzlər. O cümlədən, Yunanıstan tərəfi Rusiya Federasiyasının təklifi ilə razılaşmadığını qeyd edib. Bildirilib ki, hesabatın 17-ci bəndi 15-ci bəndi ilə əlaqəli olduğuna görə, 15-ci bənd də mətndən çıxarılmalıdır. Geniş müzakirələrdən sonra ötən iclasın hesabatının olduğu kimi saxlanılması təklif olunub və hazırkı tədbirin hesabatında bununla əlaqədar səslənən fikirlərin nəzərə alınması razılaşdırılıb. Beləliklə, gündəliyə daxil edilən məsələlər QDİƏT-in üzv dövlətlərinin ekspertləri tərəfindən geniş müzakirə olunub və sonda razılaşdırılmış hesabat qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR