Azərbaycanın Rusiyadan “MS-21” təyyarələri almasına dair müqavilə 2017-ci ilin birinci rübündə bağlana bilər

Azərbaycanın Rusiyadan “MS-21” təyyarələri almasına dair müqavilə 2017-ci ilin birinci rübündə bağlana bilər
# 11 iyul 2016 17:50 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Azərbaycan Hava Yolları” QSC ilə (AZAL) razılaşma çərçivəsində “MS-21” sərnişin təyyarələrinin lizinqə verilməsinə dair müqavilə 2017-ci ilin ilk kvartalında bağlana bilər.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə “İlyuşin Finans Ko” MMC-nin baş direktoru Aleksandr Rubtsov məlumat verib.

Təyyarələrin ilk uçuşunu gözlədiklərini deyən A. Rubtsov əlavə edib ki, detallı razılaşma hazırlanır.

Qeyd edək ki, bu ilin iyun ayında Rusiyanın lizinq şirkəti “İlyuşin finans” ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) arasında 10 ədəd “МS-21” təyyarələrinin alışına dair memorandum imzalanıb.

Hazırda “МS-21” sərnişin təyyarəsi “İrkut” şirkətində yığılır. Təyyarələrin 2018-ci ilin 4-cü rübündə Azərbaycana göndərilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR