Böyük Britaniya parlamentinin nümayəndə heyəti AHİK-də olub - FOTO

 Böyük Britaniya parlamentinin nümayəndə heyəti AHİK-də olub - <span style="color: red;">FOTO
# 29 mart 2013 12:53 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Londonda yerləşən Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə Britaniya – Azərbaycan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.

Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) da olub. AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycan ilə Böyük Britaniya arasında mövcud siyasi və iqtisadi əlaqələri daha da inkişaf etdirmək, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərlə daha yaxından tanış olmaqdan ibarətdir.

Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev belə görüşlərin ölkələr arasındakı ikitərəfli əməkdaşlığın daha da genişlənməsi və möhkəmlənməsi istiqamətində mühüm rol oynadığını nəzərə çatdırıb. S. Mehbalıyev qonaqlara Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasından, ötən dövrdə keçdiyi tarixdən danışmış, fəaliyyət sahələri, strukturu barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları hərəkatı XIX əsrin 60-cı illərindən formalaşmağa başlayıb. AHİK – Azərbaycan Respublikası işçilərinin ən iri həmkarlar ittifaqı birliyi olaraq ətrafında 1 milyon 600 min insanı əhatə edən 26 üzv təşkilatı birləşdirir.

AHİK tərəfindən həyata keçirilən bütün tədbirlərin məqsədi həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi hüquqlarının müdafiəsinin qanunauyğun şəkildə təmin olunması, onun rifahının yaxşılaşdırılıb.

Böyük Britaniya parlamentinin nümayəndə heyətinin üzvləri qəbul üçün minnətdarlıq edib, Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti barədə dolğun məlumat aldıqlarına görə S. Mehbalıyevə təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR