Valentina Matviyenko: “Qərb Ukraynada qeyri-sabit vəziyyətin yaranması üçün xeyli vəsait xərcləyib”

Valentina Matviyenko: “Qərb Ukraynada qeyri-sabit vəziyyətin yaranması üçün xeyli vəsait xərcləyib”
# 13 noyabr 2014 13:03 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Qərb Ukraynada qeyri-sabit vəziyyətin yaranması üçün xeyli vəsait xərcləyib”.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Ekspertlərin fikrincə, Ukraynanın “Qərb dostları” bu ölkədəki legitim hakimiyyətə qarşı 5 milyard dollar sərf edib”, - deyə o bildirib.

V. Matviyenko müxtəlif informasiyalar vasitəsi ilə reallığın təhrif edildiyini vurğulayıb.

“Ukraynadakı münaqişə sübut etdi ki, informasiya texnologiyası - İnternet, sosial şəbəkələr saxta gerçəklik yarada və müəyyən siyasətçilərin xeyrinə insanların düşüncələrini dəyişə bilər”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR